Məzarlar mənzillərdən baha oldu FOTO


Digərləri 17 Dek 2018 15:00:00 341 0

Məzarlar mənzillərdən baha oldu  FOTO

Türkiyədəki maliyyə böhranına rəğmən İstanbuldakı qəbristanlıqlarda məzarların satış qiymətləri sürəkli artır. Qanuni olmamasına rəğmən İstanbulun mərkəzi bölgələrində və rayonlarında yerləşən qəbristanlıqlarda məzar yerlərini əvvəlcədən almış adamlar arasında satıcılar da artıb.

Son.az bildirir ki, şəhərin mərkəzi səmtlərində olan və "1-ci qrup" sayılan qəbristanlıqlarda ən ucuz məzar yerinin qiyməti 40 min lirədir. Belə məzarları əvvəlcədən alanların sayı da artır. Alışda məqsədləri məzar yerini sonradan bağışlamaq və satmaq olanların sayı az deyil. Türkiyə qanunvericiliyinə görə, məzar yeri alıcının yaxın qohumlarından savayı, kimsəyə satıla və ya bağışlana bilməz. Lakin qanunların pozulması faktları yetərincədir.

İstanbulda müsəlmanlar və digər inanc mənsubları üçün toplam 565 məzarlıq var. Həmin məzarldıqların hamısı İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) Qəbristanlıqlar Baş İdarəsinin nəzarətindədir.

İstanbulda vəziyyət o həddə çatıb ki, şəhərin mərkəzi bölgələrindəki Zincirlikuyu, Aşiyan, Ulus və Çengelköy kimi qəbristanlıqlarda məzar yeri almaq çox çətin prosesə dönüb.

Həmin qəbristanlıqlarda əvvəllər yer alıb indi satışa çıxaranlar isə çox böyük məbləğdə pul istəyirlər.

Türkiyə qanunvericiliyi məzar yerinin sahibinin həmin yeri ana, ata, uşaqlar, qardaş və bacı, qardaş və ya bacının övladlarından savayı kimsəyə satışını, yaxud bağışlanmasını yasaqlayır.


Xəbərə aid fotolar