Mübariz İbrahimovun qardaşından məhkəmə xəbərinə


Digərləri 17 Dek 2018 14:29:40 329 0

Mübariz İbrahimovun qardaşından məhkəmə xəbərinə

Milli Qəhrəman Mübariz İbrahimovun qardaşı Rəşad İbrahimov psixoloq Nərmin Şahmarzadənin məhkəməyə verilməsinə münasibət bildirib.

Son.az xəbər verir ki, R.İbrahimov ölkə.az-a açıqlamasında bildirib ki, xalq sözügedən şəxsə lazımi cavabı verib:

"Atam dəfələrlə çıxışlarında deyib ki, Mübariz bütün xalqın övladıdır. Bu məsələdə də xalq öz mövqeyini ortaya qoydu. Mən başqa nəsə danışmaq istəmirəm". 

Qeyd edək ki, Fövqaladə Hallar Nazirliyinin mayoru, 9 qat dünya,3 qat avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. 

Xatırladaq ki, N.Şahmarzadə M.İbrahimovu qəhrəman hesab etmədiyini bildirmiş və onu qatil adlandırmışdı.