Muğam Mərkəzində musiqi məktəbi haqqında filmin premyerası keçirilib FOTO


Kriminal 17 Dek 2018 14:37:00 664 0

Muğam Mərkəzində musiqi məktəbi haqqında filmin premyerası keçirilib  FOTO

Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbi haqqında filmin premyerası keçirilib.

Son.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbinin 90 illiyi  ilə əlaqədar  keçirilən  tədbirlər çərçivəsində məktəb haqqında çəkilən sənədli filmin ilk nümayişi keçirilib.

Nümayişdən əvvəl  Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, xalq artisti Teymur Göyçəyev çıxış edərək, filmin rejissoru Gülarə Abdullayevaya təşəkkürünü bildirib.

Sonra filmin premyerası keçirildi. Məktəbin tarixi, fəaliyyəti və ənənələri haqqında hekayə edən  bu sənədli film  məktəbin bir çox görkəmli məzunlarının məktəb illəri haqqında xatirələrinə əsaslanaraq, hər dövrün ən yadda qalan anlarını əhatə edib.


Xəbərə aid fotolar