Dağıstanda mikroavtobus aşıb:


Dünya 17 Dek 2018 14:24:00 310 0

Dağıstanda mikroavtobus aşıb:

Dağıstanda ağır yol-nəqliyyat hadisəsi olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Qarabudaqkənd rayonunda Qurbuki-Kurma avtomobil yolunun 13-cü km-də "Qazel" markalı mikroavtobus yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində bir sərnişin ölüb, 7-si xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.