İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı FOTO


Kriminal 17 Dek 2018 13:47:00 450 0

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı  FOTO

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanun­suz dövriyyəsinə qarşı mübarizə istiqamətində təd­birlər davam etdirilir.

DSX-dən Son.az-a verilən məlumata görə, 12 dekabr tarixində "Astara" dövlət sərhədindən buraxılış məntə­qəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əmək­daş­ları tərəfindən İran İslam Respublikasından (İİR) Azər­bay­can Res­pub­likasına gələn İİR vətən­daşı 2002-ci il təvəllüdlü Bargikani Naza Muham­medbaxirin üzərində 320 qram narkotik maddə olan "he­roin" aşkar olunaraq götürül­üb. Narkotik vasi­tə­nin sifarişçi­si­nin müəyyənləşdirilməsi və saxlanılaraq məsuliyyətə cəlb olun­ma­sı məqsədilə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticə­sində Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Səfərov Ka­zım Ağəli oğlu və 1994-cü il təvəllüdlü Nəsirov Elyaz Taleh oğlu sax­lanılıblar.

13 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­la­rının "Horadiz" sərhəd dəstəsinin Beyləqan rayonu Əhmədli kən­di ərazisindəki sərhəd zastavasının xidməti ərazisində İran İslam Res­publikasından Azər­bay­can Respublikası istiqamətində dövlət sər­­hə­dini pozmuş 1976-cı il təvəl­lüdlü Bərdə rayon sakini Cəfərov Tələt Allahyar oğlu və 1977-ci il təvəllüdlü Ağcabədi rayon sakini Quliyev Namiq Allahverdi oğlu 2270 qram narkotik maddə olan "marixuana" ilə saxlanılıblar.


Xəbərə aid fotolar