Elza: "Mətanət İsgəndərli məni harda görür pul verir"


Şou-biznes 17 Dek 2018 13:11:00 843 0

Elza: "Mətanət İsgəndərli məni harda görür pul verir"

"Söz atır ki, reklam olunsun gündəmə gəlsin"

Söz atır ki, reklam olunsun gündəmə gəlsin. Mən onları eşitmirəm və baxmıram. Mənim sözüm niyə aləmə car çəkir? Ona görə ki, həqiqəti danışıram. Yaradıcılığım da, geyimim də həqiqətdir.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan xalq artisti Nazpəri Dostəliyevanın ünvanına deyib. "ATV maqazin onlarla" verilişinə açıqlama verən müğənni qarşı tərəfə sərt ismarış göndərib: "Yalandan necə danışa bilərsən? Bir nəfər bilir ki, sən yalan deyirsən. Sonra bu adamın üzünə necə baxırsan? Efirdə ona cavabımı verəcəm. Çünki bu efirdir, bizə xalqımız baxır. Cavab verməsəm, xalq düşünər ki, bu, elə belədir deyə cavab vermədi.

Bu insan "Elza" deyəndə gözləri yaşarır. Danışmağı bəzi müğənnilər kimi sonradan güzgü qarşısında durub öyrənməmişəm. Evə gedəndə hönkür-hönkür ağlayırlar. Çox yüksəkdə olduğum halda özümü aşağı gətirirəm. Sonra elə qaza basıram ki, gedirəm göyün 7-ci qatına. O adamın əli mənə çatmır.

Çox sadəyəm. Amma sadəlövh deyiləm. Mətanət İsgəndərli mənə çox pul verib indi də istəsəm, verər. Harda görür "konvert"də pul verir".

Seyidcahan "Azərbaycanın səsi" yarışmasında münsif kürsüsündə əyləşən İntiqam Kərimovu da tənqid edib: