Vüqar Səfərli: "Bu gün sosial media problemləri bütün dünyanı lərzəyə gətirir"


Digərləri 17 Dek 2018 12:38:00 523 0

Vüqar Səfərli: "Bu gün sosial media problemləri bütün dünyanı lərzəyə gətirir"

Bu gün sosial media problemləri bütün dünyanı lərzəyə gətirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Kütləvi İnformasiya Vasitəsilərinə Dövlət Dəstəyi Şurasının sədri Vüqar Səfərli "Dini qurumlar və sosial media" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, sosial şəbəkənin media kimi qəbul olunmamasının səbəbi bu sahədə məsuliyyətin olmamasıdır.

V.Səfərli bildirib ki, əgər jurnalist mediada hər hansı məlumat yayırsa, buna görə məsuliyyət daşıyır: "Amma sosial şəbəkədə bu, belə deyil. Əlbəttə, ölkəmiz tolerant bir ölkədir. Azərbaycanda keçirilən tədbirlər də bunu sübut edir, hər bir vətəndaş dinindən, irqindən asılı olmayaraq onu Vətəni hesab edir. Lakin bununla yanaşı, xaricdən idarə olunan qüvvələr də var".