"Çukur"un məşhur aktyoru Bakıda FOTO


Şou-biznes 17 Dek 2018 12:21:00 873 0

"Çukur"un məşhur aktyoru Bakıda  FOTO

Erkan Kolçak Köstendil Nizami Kino Mərkəzində monotamaşa ilə çıxış edib

"Çukur" serialında "Vartolu Saadettin" obrazını canlandıran aktyor .

Son.az bildirir ki türkiyəli aktyor Nizami Kino Mərkəzində bir futbol qapıçısının hekayələrindən bəhs  edən "12 Numaralı Adam" tamaşası ilə səhnəyə çıxıb. Monotamaşa (yalnız bir ifaçısı olan monoloq-tamaşa) 90 dəqiqə davam edib.

Aktyoru izləmələyə gələn izdiham arasında aktrisa Oksana Rəsulova və aparıcı Şəhriyar Əbilov da olub. Aktyorla şəkil çəkdirən Oksana Rəsulova bildirib ki, Ekran Kolçak Köstendil məharətinə və istedadına heyran olduğu sevimli ulduzlarından biridir. Daha sonra o, türkiyəli ulduza hədiyyə təqdim edib.

Azərbaycanda "Vartolu Saadettin" obrazı ilə sevilən aktyor mətbuat nümayəndələrinə heç bir açıqlama verməyib. O, yerli media ilə nə tamaşa haqqında fikirlərini, nə də Bakı təəssüratlarını bölüşüb.


Xəbərə aid fotolar