Deputat: "Radarlarla bağlı cərimələr ləğv edilsin"


Digərləri 17 Dek 2018 12:12:00 530 0

Deputat: "Radarlarla bağlı cərimələr ləğv edilsin"

Milli Məclisin deputatı Tahir Kərimli radarlarla bağlı cərimələrin ləğv edilməsini təklif edib.

Son.az report-a istinadən xəbər verir ki, T.Kərimli qeyd edib ki, qanunvericilikdəki bu cəzalar əhəmiyyətini itirib: "Telefonlara yüklənilə bilən müxtəlif proqramlar vasitəsilə sürücü yolun hansı hissəsində radarın olduğunu müəyyən edə bilir. Sürücü radarın harada olduğunu bildikdən sonra sürət həddini aşağı salır. Belə olan halda, qanunvericilikdəki həmin cəzaların nə əhəmiyyəti var ki?! Təklif edirəm ki, İnzibati Xətalar Məcəlləsindən həmin müddəalar çıxarılsın".