BPnin vitse prezidenti Niall Henderson Bakı Ali Neft Məktəbində olub


Digərləri 17 Dek 2018 12:16:00 543 0

BPnin vitse prezidenti Niall Henderson Bakı Ali Neft Məktəbində olub

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BP-nin Planlaşdırma və kommersiya əməliyyatları üzrə vitse-prezidenti Niall Henderson ilə görüşüb.

Son.az xəbər verir ki, görüşdə, həmçinin BP şirkətinin Xarici işlər üzrə meneceri Günəş Əliyeva və BANM-ın məsul əməkdaşları iştirak ediblər.

Görüş zamanı rektor Elmar Qasımov BP-nin Ali Məktəbin ən yaxın tərəfdaşı olduğunu deyib. Azərbaycanın neft-qaz sənayesində gedən Milliləşdirmə Proqramında BP-nin xüsusi rolu olduğunu qeyd edən rektor bildirib ki, Ali Məktəbin artıq 11 məzunu BP şirkətində çalışır. Rektor Elmar Qasımov BANM-ın Böyük Britaniyanın Heriot-Vatt universitetilə (HVU) yaxından əməkdaşlıq etdiyini, Ali Məktəbdə HVU-nun tədris proqramlarının istifadə olunduğunu vurğulayıb.

BANM-a görüş və qonaqpərvərlik üçün təşəkkür edən Niall Henderson BP şirkətinin sosial layihələrə, xüsusilə təhsil sektorunun inkişafına və biliyin paylaşılması istiqamətində işlərə böyük önəm verdiyini bildirib.