Kainat gözəli seçildi VİDEO FOTO


Digərləri 17 Dek 2018 11:57:02 386 0

Kainat gözəli seçildi  VİDEO  FOTO

"Miss Filippin 2018" titullu 24 yaşlı Katriona Qrey "Miss Kainat 2018" (Miss Universe) gözəllik müsabiqəsində qalib gəlib.

Son.az European-a istinadən bildirir ki, bu minvalla K.Qrey "Miss Kainat" müsabiqələrinin tarixində qalib sayılmış 4-cü filippinli xanım olub.

Taylandın paytaxtı Banqkokdakı "İmpact Arena"da  keçirilmiş "Miss Kainat"ın finalında 2-ci yeri "Miss Venesuela" titullu Stefani Qutyerres, 3-cü yeri isə Cənubi Afrika Respublikasından olan 24 yaşlı Tamarin Qrin tutub.

Müsabiqənin finalında amerikalı komik, teleaparıcı Stiv Harvi və supermodel Eşli Qrem aparıcı idilər.

Atası əslən avstraliyalı, anası filippinli olan Katriona Qrey vətənində teleaparıcı, teatr aktrisası və model kimi tanınır.

"Miss US" titullu Sara Rouz Sammers müsabiqədə ingilis dilini bilməyən başqa iştirakçıları, xüsusilə də "Miss Vyetnam" Hen Nyeni  və "Miss Kamboca" Rern Sini sərt tənqid edib.


Xəbərə aid fotolar