Bakıda məktəbin qarşısında 43 yaşlı kişi ürəyindən bıçaqlandı


Digərləri 17 Dek 2018 11:59:57 514 0

Bakıda məktəbin qarşısında 43 yaşlı kişi ürəyindən bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində 26 saylı orta məktəbin qarşısında baş verib.

Qəsəbə sakini, 2000-ci il təvəllüdlü Məmmədli Qafar Ramil oğlu həmkəndlisi, 1975-ci il təvəllüdlü Cabbarov Tərlan Şükür oğlu ilə mübahisə edib.

Mübahisə davaya çevrilib və nəticədə Q.Məmmədli T.Cabbarovu sol döş qəfəsindən bıçaqlayıb.