"Kənarda saxla" deyən müştərilər taksini yandırdı VİDEO FOTO


Dünya 17 Dek 2018 11:49:00 427 0

"Kənarda saxla" deyən müştərilər taksini yandırdı  VİDEO  FOTO

Taksini yandıran müştərilə həbs olunublar.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərənin Kent qraflığında taksiyə minən müştərilər sürücünü təhqir edib, hədələyib, sonra da avtomobilini yandırıblar.

Avtomobili yandıran 36 yaşlı Warren Hearne və 27 yaşlı Danny Frost 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmədə bildirilib ki, onlar yolda sürücünü metal alətlə təhdid edib, avtomobili qapısı açıq vəziyyətdə sürdürüblər. Sonra da "yanacaq doldurma stansiyasında saxla, pivə alacağıq" deyərək sürücünü aldadıblar. Avtomobildən düşən müştərilər benzin xortumunu avtomobilin arxa oturacaqlarına töküb, yandırıblar.


Xəbərə aid fotolar