Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılır


İdman 17 Dek 2018 11:45:00 822 0

Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılır

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq.

Goal.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutacaq.

Bakı vaxtı ilə saat 16:00-də start götürəcək tədbirdə 32 komanda 16 cütlük təşkil edəcək. Qrup mərhələsində ilk iki yeri tutanlar, həmçinin Çempionlar Liqasının qrup üçüncüləri rəqiblərini tanıyacaq.

1/16 final mərhələsinin oyunları 2019-cu ildə keçiriləcək. İlk matçlar fevralın 12-14-də, cavab qarşılaşmaları 20-21-də baş tutacaq.

Avropa Liqası

1/16 final

Səpələnmişlər: Arsenal (İngiltərə), Benfica (Portuqaliya), Betis (İspaniya), Chelsea (İngiltərə), Dinamo (Xorvatiya), Dynamo (Ukrayna), Eintracht (Almaniya), Genk (Belçika), İnter (İtaliya), Bayer (Almaniya). Napoli (İtaliya), Salzburg (Avstriya), Sevilla (İspaniya), Valencia (İspaniya), Villarreal (İspaniya), Zenit (Rusiya).

Səpələnməmişlər: BATE (Belarus), Celtic (Şotlandiya), Brugge (Belçika), Fenerbahçe (Türkiyə), Galatasaray (Türkiyə), Krasnodar (Rusiya), Lazio (İtaliya), Malmo (İsveç), Olympiacos (Yunanıstan), Rapid (Avstriya), Rennes (Fransa), Slaviya (Çexiya), Sporting (Portuqaliya), Shakkhtar (Ukrayna), Viktoriya (Çexiya), Zürich (İsveçrə)