Dövlət Gömrük Komitəsi daha bir maarifləndirici videoçarx hazırlayıb


Digərləri 17 Dek 2018 11:13:00 353 0

Dövlət Gömrük Komitəsi daha bir maarifləndirici videoçarx hazırlayıb

Xarici ticarət fəaliyyəti ilə məşğul olan hər bir şəxs gömrük sərhədindənkeçirəcəyi mal və nəqliyyat vasitələri barədə məlumatları gömrük orqanlarına daha rahat göndərə bilər.

Bakı. Xarici ticarət fəaliyyəti ilə məşğul olan hər bir şəxs gömrük sərhədindənkeçirəcəyi mal və nəqliyyat vasitələri barədə məlumatları gömrük orqanlarına daha rahat göndərə bilər. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyənnamələr–idxal və ixrac daxil olmaqla, yalnız elektron formada aparılır. Elektron bəyannamə gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi və əlavə vaxt itkisininqarşısının alınması üçün nəzərdə tutulub. Bu isə o deməkdir ki, sahibkar elektron bəyənnaməni internetə çıxışı olan istənilən məkandan elektron hökumət portalı (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin saytı (www.customs.gov.az)vasitəsilə tərtib edib, gömrük orqanına göndərə bilər.