Tanınmış azərbaycanlı yazıçı VƏFAT ETDİ


Digərləri 17 Dek 2018 10:36:00 507 0

Tanınmış azərbaycanlı yazıçı VƏFAT ETDİ

Azərbaycanlı tədqiqatçı, yazıçı-publisist Ayaz Əhmədov vəfat edib.

Son.az xəbər verir ki, bu barədə report-a A.Əhmədovun ailə üzvləri məlumat verib.

Məlumata görə, yazar ötən axşam saatlarında 79 yaşında yaşadığı Lənkəran rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, Ayaz Vahab oğlu Əhmədov 12 may 1939-cu ildə Lənkəran rayonunun Göyşaban kəndində anadan olub. O, "Report"un əməkdaşı, jurnalist Asəf Əhmədovun atasıdır.

Allah rəhmət eləsin!