Azərbaycanda 109 nəfər dərmandan zəhərlənib


Digərləri 17 Dek 2018 09:30:00 288 0

Azərbaycanda 109 nəfər dərmandan zəhərlənib

Bu ilin əvvəlindən indiyədək 109 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə müraciət edib.

Bakı. İlhamə İsabalayeva – Bu ilin əvvəlindən indiyədək 109 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə müraciət edib. Bunu Trend-ə mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, bu il ərzində 122 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib.