Karateçilərimiz İtaliyadan yüksək nəticə ilə dönür (FOTO)


Digərləri 17 Dek 2018 09:13:00 338 0

Karateçilərimiz İtaliyadan yüksək nəticə ilə dönür (FOTO)

Yeniyetmə və gənclərdən ibarət karate üzrə milli komandamız İtaliyanın Venesiya şəhərində mövsümün son Liqa turnirindən 3 medalla dönür.

Bakı. Yeniyetmə və gənclərdən ibarət karate üzrə milli komandamız İtaliyanın Venesiya şəhərində mövsümün son Liqa turnirindən 3 medalla dönür. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, 14-15 yaşlı yeniyetmələr arasında Hüseyn Məmmədli (-57 kq, şəxsi məşqçisi Əbülfət Qarayev) və Tale Yaqubov (-63 kq, şəxsi məşqçisi Cahangir Babayev) qızıl medala, 16-17 yaşlı gənclərdə isə Əminağa Quliyev (-61 kq, şəxsi məşqçisi Elnur Həsənov) gümüş mükafata sahib olub.