İki nəfər lotereyada 12 milyon dollar udub


Digərləri 17 Dek 2018 08:07:00 315 0

İki nəfər lotereyada 12 milyon dollar udub

Kanadanın "49-dan 6-ı" milli lotereyasında 16 milyon Kanada dolları (12 milyon ABŞ dolları) qazanılıb.

Son.az "report"-a istinadən xəbər verir ki, bu haqda oyunu keçirən OLG şirkətinin nümayəndələri bildiriblər.

Qeyd edilir ki, uduşa düşən nömrələr - 11, 12, 22, 36, 46 və 47 olub. Bonus sayı 7 olub. 

Hal-hazırda iki qalibin olduğu məlumdur. Onlar əsas mükafatı öz aralarında böləcəklər. Bu uduşlu biletlərdən biri Ontario əyalətlərində, ikinci bilet isə ölkənin mərkəzi regionlarından birində satılıb.