Çində zəlzələ nəticəsində 16 nəfər xəsarət alıb


Dünya 17 Dek 2018 07:14:00 546 0

Çində zəlzələ nəticəsində 16 nəfər xəsarət alıb

Çinin Sıçuan əyalətində səhər saatlarında baş vermiş zəlzələ nəticəsində azı 16 nəfər xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, ümumilikdə zəlzələ nəticəsində 378 nəfər təhlükəsiz yerlərə təxliyə edilib, hadisə yerinə 300-dən artıq xilasedici cəlb edilib.

Yeraltı təkanlar bir neçə binanın uçmasına və torpaq sürüşməsinə səbəb olub.