"Ağacoyma sənəti səbir və yaradıcılıq tələb edir" FOTO


Digərləri 17 Dek 2018 05:30:00 396 0

"Ağacoyma sənəti səbir və yaradıcılıq tələb edir"  FOTO

Ölkəmizin cənub bölgəsində ağacoyma sənəti ilə də məşğul olan sənətkarlardan biri də lənkəranlı Samir Həbibovdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, S.Həbibov bu sənətin incəliklərini hələ uşaq yaşlarından atası Etibar Həbibovdan öyrənib. O, əsasən ağac materiallarından suvenirlər hazırlayır.

Otuz altı yaşlı usta rəssamlıqla bağlı olan ağacoyma sənətinin olduqca çətin, səbir və yaradıcılıq tələb edən sənət növü olduğunu bildirib: "Bu sənət növü insandan səbir, bacarıq, güclü yaddaş, eyni zamanda ideya və yaradıcılıq tələb edir. Diqqətli olmayan, təxəyyülünü, xəyal gücünü işə salmayan insan bu sənət növündə uğur qazana bilməz".

Gənc usta suvenirləri hazırlayarkən əsasən ağac materiallarından - qoz, şabalıd, fıstıq, şaftalı, dəmirağacından istifadə edir. Maraqlı cəhət budur ki, o, hazırladığı suvenirləri rəngləmir. Bunun səbəbini isə belə izah edib: "Çox vaxt ustalar bu sənət növündə buraxdığı səhvləri rənglə görünməz edirlər. Hesab edirəm ki, hazırlanan fiqurda əsas şərt materialın gözəlliyidir".

Süni rənglərdən istifadə etməyən usta deyir ki, təbii ağacların orijinal rəng zümzüməsi var. Onun yüksək keyfiyyətlə hazırladığı zərif əl işləri, milli musiqi alətlərimizi əks etdirən suvenirlər turistlər tərəfindən böyük rəğbətlə qarşılanır.


Xəbərə aid fotolar