Gürcüstanda yeni Konstitusiya qüvvəyə minib


Digərləri 17 Dek 2018 03:15:00 322 0

Gürcüstanda yeni Konstitusiya qüvvəyə minib

Gürcüstanda prezident Salome Zurabişvilinin andiçmə mərasimindən sonra yeni Konstitusuya qüvvəyə minib

Bakı. Gürcüstanda prezident Salome Zurabişvilinin andiçmə mərasimindən sonra yeni Konstitusuya qüvvəyə minib. Trend-in məlumatına görə, yeni Konstitusiyaya əsasən Gürcüstan tam parlament sisteminə keçib. Yeni Konstitusiyaya əsasən, Gürcüstan prezidenti ölkənin başçısı olaraq qalır, lakin bütün hakimiyyət parlament tərəfindən idarə olunacaq Gürcüstan hökümətinə keçib.