İlahə Qismət: "Tez tanınıb, tez də yox olmağı istəmirəm" FOTO


Digərləri 17 Dek 2018 02:30:00 467 0

İlahə Qismət: "Tez tanınıb, tez də yox olmağı istəmirəm"  FOTO

9 yaşından hərbi marş yazan İlahə Qismət: Anama görə üzümə açılan qapılardan istifadə etməməyə çalışmışam 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Musiqi ruhun qidasıdır. Bu qida nə din, nə irq, nə də sərhəd tanıyır. Bu gün gənclərimizin musiqi sahəsində əldə etdiyi uğurları gördükdə isə, fərəh hissi keçirməmək olmur. Sizlərə təqdim edəcəyimiz müsahibimiz İlahə Qismət də belə gənclərimizdəndir. O, bəstəkar, dirijor, musiqi tədqiqatçısıdır. 25 yaşı olmasına baxmayaraq, bu günə qədər musiqi sahəsində xeyli yol qət edib.    Müsahibimiz Qara Qarayev təqaüdçüsü, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı və əməkdaşıdır. Eyni zamanda fəal gənc olaraq "Mədəni Əlaqələrin İnkişafına Dəstək" təşkilatının sədridir. Bəstəkarlar İttifaqının ən gənc üzvü hesab edilir.

Həmçinin Dövlət Neft Şirkəti, Mədəniyyət və Turizm Nazirliyi, İctimai Televiziyanın birgə layihəsi olan, "Əsrin müqaviləsinin" 20 illik yubileyinə həsr olunmuş "20 şanlı il" mövzusunda keçirilən ən yaxşı vokal əsər müsabiqəsində I yerə layiq görülüb. Onun əsəri SOCAR-ın himni seçilərək, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. 

Bəstəkarlıqla yanaşı 2014-cü ildən etibarən Bakı Musiqi Akademiyasında çalışır. Müsahibimiz elmi fəaliyyətlə də məşğuldur. O, araşdırma, elmi məqalələr yazır, zaman-zaman mətbuatda dərc olunur. İctimai fəaliyyətində aktivliyi ilə seçilən İlahə Qismət 2014-cü il üçün keçirilən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6-cı Qrant müsabiqəsində "Muğamatım bir dəryadır" adlı layihəsi ilə qalib olub. 8-ci qrant müsabiqəsində "Mən vətən torpağının vətəndaşıyam", 2018-ci ildə Elm və musiqi layihəsində "Yeddi səsdən doğan sərvət" əsərləri ilə qalib olub.

- İlahə xanım, incəsənətə gedən yolunuz "Cücələrim" rəqs ansamblından keçib.

- İncəsənət ailəsində dünyaya gəlmişəm. Xalq artisti Zümrüd Məmmədovanın qızıyam. Uşaq yaşlarımdan səhnəni, kulisi, yaradıcı ortamı görərək böyümüşəm. "Cücələrim" rəqs ansamblına gəlməyim də elə bu konsertlərin birində baş tutub. Belə ki, konsertlərin birində "Cücələrim" rəqs ansamblı səhnədə idi, mən də onlara baxıb, hərəkətlərini təkrarlayırdım. Ordan məni görüb, anama israrla o ansambla üzv olmağımı, balaca cücə olmağımı istəyiblər (gülürük). Bu ansambla uşaqları 6 yaşından qəbul edirdilərsə, məni 3 yaşımdan götürüblər.    - Bəs nə vaxtdan hiss etdiniz ki, sizin istiqamətiniz tamamilə fərqlidir?

- Çox az yaşlarımdan həyatdan nə istədiyimi bilirdim. 4 yaşımdan pianino öyrənməyə başlamışdım. 5 yaşımda isə artıq birinci sinfə gedirdim. Anam məni muğam sinfinə yazdırmışdı. Bülbül adına orta ixatisas musiqi məktəbində 3 fakültə oxuyurdum - fortepiano, bəstəkarlıq və muğam. Düşünürdüm ki, bəstəkar muğamları bilməlidir ki, öz milli ruhunda əsərlər yarada bilsin. Orada fortepianoda Gülnarə Mirzoyevanın, bəstəkarlıqda Nərgiz Şəfiyevanın, xanəndəlikdə isə Qəzənfər Abbasovun sinfində təhsil alırdım. 

4-cü sinifdə oxuyanda Nərgiz Şəfiyeva dedi ki, güldən, böcəkdən, çiçəkdən - nə istəsən yeni bir mahnı yazıb gətirərsən. Mən də "Müqəddəs Vətən" şeirinə musiqi bəstələdim. Bu, hərbi bir marş idi. Nərgiz xanım marşı dinlədikdə təəccübləndi.  Həmin əsəri Müdafiə Nazirliyinə apardıq. Hazırda bu əsər Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin repertuarındadır. 9 yaşımda yazdığım bu marş mənim ilk əsərim idi. 

- Bəs bu marş geniş auditoriya ilə necə görüşdü? Və ilk bəstənizi səhnədən, böyük bir orkestrin ifasında eşitdikdə, hansı hissləri yaşadınız?

- Bu marşa general Yusif Axundzadə dirijorluq edirdi, 80 nəfərlik hərbi nəfəs alətləri orkestrinin müşayiəti ilə Zümrüd xanım ifa edirdi. Səhnədə mənim əsərim səslənirdi. Bu, möhtəşəm bir hiss idi. Yusif müəllim sonda bildirdi ki, bu gün tədbirdə əsərin bəstəkarı da iştirak edir. Mən də qapının ağzında dayanmışdım. Əynimdə çəhrayı gödəkcə və ağ papağım vardı. Hər kəs dönüb qapıya baxdı və heç kim mənə reaksiya vermədi. Yusif müəllim yenidən bildirdi ki, bu marşın bəstəkarı məhz o 9 yaşlı uşaqdır. Ondan sonra bütün zal məni alqışladı. Bunlar mənim ilk alqışlarım idi. Həmin andan etibarən özümə söz verdim ki, bəstəkar olacağam. Təsəvvür edin ki, böyük bir orkestr yığışıb sənin əsərini ifa edir və səhnədə sənin içindən gələn musiqi eşidilir. Ancaq 4-cü sinifdən öz yönümü və istiqamətimi müəyyənləşdirmişdim. Hazırda elə bəstəkarlarımız var ki, çox uzun təhsil yolu keçsələr də, əsərləri hələ orkestr görməyib.    - Zümrüd Məmmədovanın qızı olmaq yaradıcılıq və təhsil baxımından üzünüzə hansı qapıları açıb?

- Çox qapı açdığı kimi, bağladığı qapılar da olub. Ancaq mən bacardığım qədər o qapılardan istifadə etməmişəm. Bakı Musiqi Akademiyasında oxuyurdum və demək olar ki, hər kəs orada anamı tanıyırdı. Müəllimim - SSRİ xalq artisti, professor Arif Məlikov mən Akademiyanı bitirənə kimi bilmədi ki, mən Zümrüd xanımın qızıyam. Heç vaxt razı olmaram ki, kimsə mənə anama görə qiymət yazsın. Hətta Arif müəllim təsadüf nəticəsində Zümrüd xanımın mənim anam olduğunu öyrənmişdi.

- Bəs dirijor kimi hansı nailiyyətləriniz olub? Ümumiyyətlə bəstəkar olmaq üçün dirijorluq ixtisasına yiyələnmək şərtdirmi?


Xəbərə aid fotolar