Fransada şənbə aksiyaları zamanı 351 nəfər saxlanılıb


Digərləri 17 Dek 2018 02:17:00 329 0

Fransada şənbə aksiyaları zamanı 351 nəfər saxlanılıb

Fransada dekabrın 15-i keçirilən "sarı jiletlər" etiraz aksiyası zamanı 351 nəfər saxlanılıb

Bakı. Fransada dekabrın 15-i keçirilən "sarı jiletlər" etiraz aksiyası zamanı 351 nəfər saxlanılıb. Trend-in məlumatına görə, saxlanılanlardan 242 nəfəri nəzarət altında saxlanılır. Daha əvvəl təxminən 180 nəfərin saxlanıldığı, 9 nəfərin isə xəsarət aldığı bildirilirdi. Xatırladaq ki, dekabrın 15-i Fransada "sarı jiletlər"in 5-ci etiraz aksiyası keçirilib. Etiraz aksiyalarında 33,5 min insan iştirak edib.