Yaponiyada mübahisəli adalarla bağlı sorğu keçirilib


Dünya 16 Dek 2018 23:52:00 241 0

Yaponiyada mübahisəli adalarla bağlı sorğu keçirilib

Yaponiya əhalisinin 53,2 faizinin qənaətinə görə, Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi hökumət Rusiya ilə danışıqlarda ilk növbədə diqqəti mübahisəli dörd adadan ikisinin qaytarılmasına yönəltməlidir. Qalan iki adanın statusu isə sonrakı məsləhətləşmələr zamanı müəyyən edilməlidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, Kyodo agentliyinin keçirdiyi sorğunun nəticəsində məlum olub.

Eyni zamanda, respondentlərin 28,6 faizi "dörd adanın hamsının qaytarılması" tələbini dəstəklədiyini bildirib. Bundan əlavə 7,3 faizi bəyan edib ki, Yaponiyaya "yalnız iki adanın qaytarılması" da kifayət edər.