Buz və atəş ölkəsi FOTO


Digərləri 16 Dek 2018 22:40:00 274 0

Buz və atəş ölkəsi  FOTO

İslandiya Atlantik okeanının şimalında, Qrenlandiya, Skandinaviya və Britaniya adasının şimal-qərbində yerləşən bir ada dövlətidir.

Son.az oxu.az-a istinadən bildirir ki, vulkanik bir ada üzərində qurulmuş və ətrafındakı bir çox adadan meydana gəlmiş bir dövlət olan İslandiyanı 861-ci ildə norveçlilər kəşf edib.

Adaya ilk dəfə IX-X əsrdə Norveçdən gələn vikinqlər yerləşiblər.

15 aktiv vulkan, 10 minə yaxın şəlalənin olduğu, qış aylarında bəyaz örpəyi, bahar və yay mövsümlərində yamyaşıl təbiəti ilə turistlərin diqqətini çəkən İslandiyanın əhalisi 320 min nəfərdir.

Xalqın 80 faizi şəhərlərdə, digər qismi isə kəndlərdə yaşayır. İsland xalqı özlərinə məxsus dilləri, mədəniyyətləri, əfsanələri və adət-ənənələrini qorumaq üçün əllərindən gələni edirlər.


Xəbərə aid fotolar