Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb


Kriminal 16 Dek 2018 22:08:00 458 0

Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, hadisə Oğrubulaq kəndi ərazisindəki meşədə qeydə alınıb.

Həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Əbilov Əlirza Musaxan oğlu bir neçə naməlum şəxs tərəfindən küt alətlə döyülüb. Yaralı çiyin və kürək nahiyələrindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb və ona müvafiq tibbi yardım göstərilib.