Maral ovlayan brakonyerlərlə bağlı təhqiqata başlanılıb


Digərləri 16 Dek 2018 21:59:00 254 0

Maral ovlayan brakonyerlərlə bağlı təhqiqata başlanılıb

6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qəbələ rayonunda keçirilən reyd zamanı Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəndam Meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib.

Bu barədə Son.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Xəbərdə qeyd edilir ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin dolaya yaxınlaşan əməkdaşları bir baş dişi maralın vurulduğunu qeydə alıblar. Brakonyerlərin şəxsiyyətlərinin müəyyən edilərək, məsuliyyətə cəlb olunmaları üçün Qəbələ rayon Polis Şöbəsinə müraciət edilib.