Zəfəranın bilmədiyimiz faydaları Beyin, xərçəng, ürək...


Digərləri 16 Dek 2018 21:35:00 247 0

Zəfəranın bilmədiyimiz faydaları  Beyin, xərçəng, ürək...

Elə ədviyyatlar var ki, qiyməti qızıla bərabərdir. Bu qiymətsiz ədviyyatlardan biri də zəfərandır. Qədim zamanlarda bu ədviyyatın bir qramı bir qram qızılla ölçülürdü. İllər ötsə də zəfəran hər zaman öz qiymətini qoruyub saxlayıb.

Son.az "ölkə.az"-a istinadən zəfəranın faydaları barədə məlumatı təqdim edir.

Əvvəllər zəfəran müqəddəs, ilahi ədviyyat sayılırdı. Ondan müxtəlif dini ayinlərdə istifadə olunurdu.

Zəfəran yeməklərə, ədviyyatlara xüsusi dad verir. Bundan əlavə bu ədviyyatın insan orqanizmi üçün xüsusi müalicəvi təsirləri də var. 

Beyin 

Zəfəran beynin fəaliyyətini möhkəmləndirir, toxumaların inkişafına kömək edir, yaddaşı gücləndirir.

Xərçəng xəstəliyi

Xərçəng hüceyrələrinin böyüməsinə mane olur. Bu xəstəliyin qarşısının alınması üçün profilaktik vasitədir.

Daxili orqanlar

Mədə-bağırsağın fəaliyyətini tənzimləyir, orqanizmdəki toksinləri xaric edir, böyrəkləri və sidik kisəsini təmizləyir, balla qarışdırılanda isə bu orqanlarda daşların yaranmasının qarşısını alır.

Ürək-qan damar sistemi Qanı təmizləyir, ürək-damar sistemini yaxşılaşdırır, orqanizmin  hüceyrələrini qidalandırıcı maddələrlə təchiz edir və hüceyrələrin yenilənməsini yaxşılaşdırır.