İndi pula pul deməyən məşhurların doğulduğu EVLƏRİN FOTOLARI SİYAHI


Digərləri 16 Dek 2018 21:20:00 375 0

İndi pula pul deməyən məşhurların doğulduğu EVLƏRİN FOTOLARI  SİYAHI

Dünyanın ən məşhur və imkanlı şəxsləri hansı evlərdə doğulub və böyüyüblər?

Son.az "ölkə.az"-a istinadən siyahını oxucularına təqdim edir:

Jay Z.

Rep musiqisinin ulduzlarından olan və Beyonsun əri Jay-Z uşaqlığını Bruklinin  Bedford Stuvyesant məhəlləsində keçirib. Böyüdüyü binanın bir uşaq üçün çox təhlükəli olduğunu söyləyən repçi binanın içində kokain həvəskarları və satıcılarının qaynadığını bildirib.

Entoni Hopkins

Məşhur Hollivud ulduzu Entoni Hopkins bu gün Los-Ancelesdə möhtəşəm bir evdə yaşayır. Amma onun anadan olduğu ev çox sadədir. O, Port Talbotdakı bir evdə anadan olub. Aktyor bir neçə il əvvəl bu evi 180 min avroya almaq istəmişdi.

Deniel Redklif

"Harry Potter" serialı ilə məşhurlaşan Deniel 12 yaşına qədər ailəsi ilə Qərbi Londondakı 4 yataq otağı olan bir evdə yaşayıb. Redklifin yaşadığı bu ev iyun ayında 1.4 milyon sterlinqə satışa çıxarılıb.

Donald Tramp

ABŞ prezidenti Donald Tramp uşaqlıq illərini Nyu-Yorkun Kuins məhəlləsində dəbdəbəli villada keçirib. 1940-ci ildə inşa edilən ev yay aylarında 1.65 milyon dollara satışa çıxarılmışdı.

Harri Stayls

"One Direction" qrupunun üzvü Harri sentyabr ayında 6.87 milyon dollar ev alıb. O, uşaqlıq dövründə sadə və klassik bir evdə böyüyüb. İki yataq otağı və terası olan bu ev hələ də satışdadır.


Xəbərə aid fotolar