Gürcüstan müxalifəti Tbilisidə etiraz aksiyasına başlayıb


Dünya 16 Dek 2018 19:59:00 253 0

Gürcüstan müxalifəti Tbilisidə etiraz aksiyasına başlayıb

Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının (VMHP) tərəfdarları Tbilisidə, parlament binası qarşısında etiraz aksiyasına başlayıb.

Son.az "report"-a istinadən xəbər verir ki, aksiya iştirakçıları Salome Zurabişvilini Gürcüstan prezidenti kimi tanımadıqlarını bildiriblər.

Etirazçılar həmçinin bu gün Telavi şəhəri və Qurcaani rayonunda polislə müxalifətçilər arasında baş vermiş qarşıdurmalara da etiraz edirlər.

Aksiya iştirakçıları parlamentin binası qarşısında çadırlar qurmağa başlayıblar.