Gündə 3 xurma yemək... Xurmanın bu günə qədər bilmədiyimiz FAYDALARI


Digərləri 16 Dek 2018 20:04:00 408 0

Gündə 3 xurma yemək...  Xurmanın bu günə qədər bilmədiyimiz FAYDALARI

Xurma ləzzətli olmaqla yanaşı insan orqanizminə faydalıdır.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, dəmir, folik turşu və kalsium kimi bir çox mineral xurmanın tərkibində var. Amma qeyd etmək mütləq vacibdir ki, 3 ədəd xurmanın 60 kalorisi var. Bu səbəbdən də ləzzətinə qapılıb xurmanı daha çox qəbul etmək olmaz.

Aşağıda xurmanın insan orqanizminə olan faydalarını təqdim edirik.

Həzmi asanlaşdırır

Xurmanın tərkibində lif çoxdur. 100 qram xurmada 3.5 qram lif var. Buna görə də mədədə şişir və mədəni gec tərk etdiyi üçün toxluq hissi yaradır. Yüksək lif bağırsaqları işlədir və qəbz problemini həll edir.

Dərini təravətləndirir

Xurmanın tərkibi antioksidantla zəngindir. Bu isə dərilərin yenilənməsini təmin edir.  Xurma dərinin ehtiyacı olan nəmi ona verir, dəri daha elastik olur. Dəri elastikliyini itirdikdə isə üzdə qırışlar meydana gəlir.

Bundan başqa xurmanın tərkibindəki B vitamini dəridə yaranan yaraların da tez sağalmasına kömək edir.

Arıqlamağa kömək edir

Xurmanın tərkibində yüksək miqdarda lif olduğu üçün mədədə uzun müddət qalır və həzmin sürətini azaldır. Bu isə toxluq müddətinin uzanmasına, daha az qidalanmağa səbəb olur. Orqanizmində dəmir az olan insanlar arıqlamaqda çətinlik çəkirlər. Xurmanın tərkibində isə dəmirin miqdarı çoxdur. Bu isə metabolizmanı sürətləndirir.

Əzələ ağrıları

Orqanizmdə maqnezium azlığı tez-tez əzələ ağrılarına səbəb olur. Xurmanın tərkibindəki maqnezium əzələləri gücləndirir, protein sintezində və sovrulmasında dəstəkçi olur. Gündə 2-3 ədəd xurma qəbul etmək gündəlik maqnezium ehtiyacını qarşılayır.

Ürək sağlamlığı