Qadınından diz çöküb ayrılan KÖHNƏ KİŞİ... FOTO


Digərləri 16 Dek 2018 19:54:00 271 0

Qadınından diz çöküb ayrılan KÖHNƏ KİŞİ...  FOTO

2018-ci il ədəbiyyat dünyası, eləcə də Qırğızıstan xalqı üçün çox əhəmiyyətli hadisə ilə yadda qalır. Çünki bu il qırğız ədəbiyyatının əfsanəvi siması Çingiz Aytmatovun 90 yaşı qeyd olunur.

Son.az xəbər verir ki, qüdrətli yazıçı əslən qədim qırğızların məskəni sayılan Talas vadisindəndir. "Özüm haqda qeydlər" əsərində yazır ki, bir qırğız 7 qat ulu əcdadını tanımırsa o layiqli vətən övladı sayıla bilməz. Maraqlı xatirələr arasında daha bir diqqət çəkən məqam - "Bizim ailədə ağsaqqalar çox zəhimli idilər. Onlar tez-tez "Batır, de görüm sən kimin oğlusan, atanın atası kimdir, atanın babasının adı söylə, babalarının əsas peşəsi nə olub?" deyə nəvələrini imtahan edirdilər. Vay o gündən ki, balaca öz şəcərəsini sadalayarkən səhvə yol verərdi. Bu xəbər onun atasına çatar və kənd ağsaqqalarının qınağına tuş gələrdi. Axı o necə atadır ki, oğluna əsilini-kökünü tanıtmayıb?!

Bəlkə mən də öz hekayəmi belə başlaya bilərdim. Deyərdim ki, Şəkər nəsilindənəm. Atam Torekul, onun atası Aytmat, babamın atası Kimbildi, babamın babasının ismi halı isə Koncucokdur. "

Aytmatovun mənsub olduğu Şəkər tayfası böyük qıtaylar kökünə aid edilir. Onlar Qırğızıstan tarixində böyük əhəmiyyətə malik nəsildirlər.

Çingizin ulu babası Koncucok o dövrün ayaq geyimi olan çarıq düzəldib satarmış, oğlu Kimbildi isə zəmanəsinin varlı şəxslərindən biri olub. Aytmat atasından ona qalmış mirası qoruya bilməyib, müflis olmuşdu.

Çingiz babasını belə xatırlayırdı:

"Aytmat babam mən doğulan ərəfədə dünyadan köçmüşdü. Lakin onun haqda az məlumata sahib deyiləm. Deyilənə görə, biz tərəflərə ilk tikiş maşınını o gətiribmiş. Çox gözəl tikmə qabiliyyəti olub.Buna görə də hamı onu "maşınəçi Aytmat" deyə çağırardı. Babam ərəb dilində sərbəst yazıb, oxuyarmış".

Bütün bunlara baxmayaraq Çingizin babası çox qədərsiz insan olub. Tez-tez borca girər, sonra isə pulu ödəmək üçün aylarla durmadan çalışarmış.

Roza Aytmatova böyük yazıçının doğma bacısı dır. O, mənsub olduqları qıtay kökü haqda bunları deyir:

"Günlərin bir günü Kuba Uulun nəvəsi Qaranay çin tayfaları ilə savaşdan qalib kimi geri dönür. Elə həmin gecə ailədə daha bir əlamətdar hadisə baş verir. Qaranayın arvadı oğul dünyaya gətirir. Elə həmin gecə təzə ay, hilal çıxır. Sərkərdə oğluna təzə ayın şərəfinə Qutay adı verir. Sonralar Qutay təhrifə uğryaraq qıtay kimi səsləndirilir.

Çingiz Torekuloviç isə ulu babası Qıtayın taleyini fərqli şəkildə ərz edirdi. Ondan əsil nəcabəti haqda soruşanda zarafatla "kitay (çin) imperatorlarının nəsilindənəm" deyirdi. Axı qıtaylar etnik cəhətdən kitaylar yəni çinlilərdən fərqli tayfalardır. Lakin burada həqiqətin payı da ola bilər. Aytmatov bu əhvalatla bağlı çox maraqlı tarixi faktlar dilə gətirirdi. Belə faktlardan biri odur ki, döyüşçü qırğız tayfaları mütəmadi olaraq sərhəddə yaşayan çin tayfalarının ərazilərinə hücum edər, bol azuqə ilə geri dönərmişlər. Çinlilər nə qədər hücumun qarşısını alıb, düşməni məhv etməyə çalışsalar da, qırğızlar uca dağlarda gizlənməyə nail olurmuşlar. Bu uğursuzluqdan təngə gələn Çin imperatoru bir gün vəzirini yanına çağırıb, qırğız xanı ilə görüş təşkil etməsini tapşırır. İmperator və xan görüş zamanı razılığa gəlirlər. Hər iki xalq sülh içərisində yaşayır, imperator isə öz qızını qırğız xanına ərə verir. Xanın Çin şahzadəsindən oğlu dünyaya gəlir. Onu digər övladlarından seçmək üçün "kıtay ələldin balası" yəni "çinli arvaddan olan övlad" adlandırır. Sonra adı qısaldaraq "kıtaydın", "kıtay" kimi çağırmağa başlayır. Beləcə "qıtay" tayfası yaranır. Buradan belə qənaətə gəlmək olut ki, böyük yazıçının damarlarında çinlı qanı axıb. Əslində isə onun hansı millətdən olmağının heç bir önəmi yoxdur. Çünki qüdrətli qələm ustası əsl qəlb xaqanı, söz padşahı idi.

Yazıçının atası Torekul Aytmatov haqda məlumat əcadlarına nisbətən daha çoxdur. O, leninçi bolşevik olub. Qırğızıstan partiyasında yüksək vəzifələrdə çalışıb. Onu şəxsən tanıyanların xatirələrinə inansaq Torokul çox mülayim və mərhəmətli şəxsiyyət idi.

Torekul bəy qəlbində azad Türküstan xəyalları ilə yaşayan sovet məmuru idi. 20-ci illərdə qazax və qırğız xalqının ali təbəqəsi sayılan pantürkistlər böyük Turan sevgisi ilə aşıb-daşırdılar.

Amerikalı tarixçi Fişer sovet ittifaqı haqda yazırdı:


Xəbərə aid fotolar