Alimlər qadjetlərin uşaqlara təsiri barədə


Digərləri 16 Dek 2018 19:44:00 227 0

Alimlər qadjetlərin uşaqlara təsiri barədə

Alimlər qadjetlərdən istifadənin uşaqların zehni inkişaf prosesinə mənfi təsir göstərdiyini müəyyən edib. Eksperimentdə 9-10 yaşlarında məktəblilər iştirak edib.

Son.az oxu.az-a istinadən bildirir ki, alimlər xüsusilə kompüter oyunları və internetin uşaqlarda beyinin inkişafını ləngitdiyini ortaya çıxarıb.

Eksperiment aparan ABŞ Milli Səhiyyə İnstitutunun mütəxəssisləri bunun üçün 4 min 400-ə yaxın uşağı müayinədən keçirib.

Maqnit-rezonans tomoqrafiya müayinəsinin nəticələri kəllə-beyin qabığının (daxil olan siqnallara reaksiya verən və intellektual inkişafa cavab verən ən həssas beyin hissəsi) nazikləşdiyini təsdiqləyib.