Bürclərin həyatı cəhənnəmə çevirən cəhətləri


Digərləri 16 Dek 2018 19:11:00 276 0

Bürclərin həyatı cəhənnəmə çevirən cəhətləri

İnsan övladının təbiəti elə qurulub ki, bəzən öz zərərinə çox addım ata bilir.

Son.az Publika-ya istinadən xəbər verir ki, bu durumun astrologiya baxımından da izahı var. Belə ki, bürclər öz çatışmayan cəhətlərinə görə həyatlarını cəhənnəmə çevirirlər.

Qoç

Siz hadisələri rədd edərək, həyatınızı məhv edirsiniz. İnadkarlığınız hələ çox münaqişələrə yol açacaq. İnsanlar isə yaşadığınınz neqativ dünyanın bir hissəsi olmaqdan imtina edirlər.

Buğa

Siz həyatınızı natamam yaşayaraq, özünüzü məhv edirsiniz. Özünüzdə hər kəsin həyatına müdaxilə etmək haqqı görürsünüz. Anlayın ki, gələcəkdən xəbər verə, yaxud başqalarının həyatı ilə oynaya bilməzsiniz.

Əkizlər

Münasibətləri davam etdirməyinizin səbəbi həyatdan istəklərinizi dəqiq bilməməyinizdir. Dəyişikliklərdən qorxduğunuz üçün əlinizdə olanlarla qane olursunuz. Öz qərarsızlığınız ucbatından ətrafınızdakıları da anlaşılmaz duruma salırsınız. Odur ki, həyatınızdakı yaxşı insanlardan məhrum olursunuz.

Xərçəng

Ətrafınızdakıları özünüzdən üstün sayaraq özünüzü məhv edirsiniz. Çox emosionalsınız, ona görə hissləriniz içərisində boğulursunuz. Bəzən tam lazım olan insanı tapdığınızı düşünürsünüz, onlara qarşı sevgidə limiti aşırsınız. Etməyin.

Şir

Hisslərinizi, emosiyalarını gizlədərək özünüzü məhv edirsiniz. Bu minvalla fikirləriniz. düşüncələriniz də qapanıb yox olur. Qəlbsiz, hissiyyatsız olduğunuzu göstərmək sizin üçün çox asandır. Amma yadda saxlayın ki, emosiaylarınızi biruzə vermək sizi əsla zəif etmir.

Qız

Özünüzə qarşı çox qəddar olaraq, həyatınızı məhv edirsiniz. İnsanlar sizin böyük məhəbbətinizdən qidalanırlar. Özünüzü isə əksinə həddən artıq tənqid edirsiniz. Ən böyük düşməniniz özünüzsünüz.