Bakıda evlərin qiyməti ucuzlaşacaq


Digərləri 16 Dek 2018 18:17:00 278 0

Bakıda evlərin qiyməti ucuzlaşacaq

2015-ci il devalvasiyalarından sonra durğunluq yaranan tikinti sektorunda hiss olunacaq dərəcədə canlanma müşahidə edilməkdədir. Xüsusilə yola salmaqda olduğumuz 2018-ci ilin ortalarından başlayaraq, ölkədə start verilən böyük söküntü işləri də öz növbəsində əmlak bazarında yeni təkliflər portfeli yaradır. Demək olar ki, hazırda paytaxtın bütün rayonlarında çoxmərtəbəli binalar inşa edilir. Artıq iş adamları da qəbul edirlər ki, təklif tələbi üstələyir. Bu isə o deməkdir ki, yaxın aylarda Bakıda yeni tikilən evlərin qiyməti nəzərəçarpacaq dərəcədə aşağı düşəcək.

Son.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan ekspert Rəşad Əliyev bildirib ki, bir neçə il əvvəl müşahidə edilən tikinti bumunun kökündə tələbatın artması, iqtisadi vəziyyətin yaxşı olması dururdu:

"Demək olar ki, iqtisadiyyatın bütün sahələrində inkişaf nəzərəçarpaçacaq dərəcədə idi və bu şəraitdə əhalidə alıcılıq qabiliyyəti artırdı. Bu da müvafiq olaraq tikinti sektoruna tələbatı artırdı. Tələbata uyğun olaraq da təklif formalaşmağa başlamışdı. Nəticədə tikinti sektorunda hiss olunacaq dərəcədə inkişaf gedirdi. Hazırda müşahidə edilən tikinti sektorundakı canlanma isə bir qədər fərqli amillərlə bağlıdır".

R.Əliyevin sözlərinə görə, tikinti sektorundakı hazırkı canlanma pilot layihələrin hesabına gerçəkləşir:

"Bu layihələr çərçivəsində investorlar cəlb olunub. İrəli sürülən nisbətən yüngül şərtlər tikinti şirkərlərinin marağınadadır. Demək olar ki, müşahidə edilən tikinti bumu tələbatla yox, təkliflə bağlıdır. Amma nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka, xüsusilə də mənzillərə tələbat hər zaman var. Sadəcə olaraq dövrü olaraq alıcılıq qabiliyyətindən asılı olaraq dəyişir.