Xəzərdə köməksiz vəziyyətdə qalan balıqçılar xilas edilib


Digərləri 16 Dek 2018 17:30:38 253 0

Xəzərdə köməksiz vəziyyətdə qalan balıqçılar xilas edilib

Hadisə Astara rayonunun Şahağac kəndi yaxınlığında dənizdə baş verib

Bakı. Tural Turan - Xəzərdə köməksiz vəziyyətdə qalan balıqçılar xilas edilib. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Astara rayonunun Şahağac kəndi yaxınlığında dənizdə (təxminən 13 km dənizin içinə doğru) 3 nəfərin (balıqçılar) taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən Nazirliyin aidiyyəti strukturları və digər dövlət qurumları məlumatlandırılıb. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gözətçi gəmisi qeyd olunan əraziyə cəlb olunub.