“Gərgədan” virusu nədir və ondan necə qorunmaq olar?


Digərləri 16 Dek 2018 16:52:00 401 0

“Gərgədan” virusu nədir və ondan necə qorunmaq olar?

Adətən, yaz və payız aylarında ortaya çıxan bu qripə bənzər xəstəlik, son zamanlarda ən çox yayılan xəstəliklərdəndir.

Yuxarı tənəffüs orqanlarının iltihabına səbəb olan bu virus haqda nə bilirik?

Son.az musavat.com-a istinadən bu suala cavab vermək üçün kiçik araşdırmanı təqdim edir.

Havalar soyuduqca mövsümi qrip virusunun ( influenza) səbəb olduğu infeksion xəstəliklərdən öncə insanlar "gərgədan" virusuna yoluxurlar.

Bu virus yuxarı tənəffüs orqanlarının iltihabına səbəb olur. Göstəricilərinə görə qripə oxşayan virus, əslində qripdən dəfələrlə təhlükəlidir. 

Xəstəliyə yoluxanların öskürmə və asqırma zamanı ətrafa saçdıqları viruslar başqa bir insanın tənəffüs orqanına daxil olur və tez bir zamanda orada yayılmağa başlayır.

Bədənə daxil olmasından 12 saat keçdikdən sonra virus artıq yuxarı tənəffüs orqanlarında iltihab yaratmağa başlayır. 72 saatın tamamında isə kəskin sinə sıxılması ilə müşayiət olunan ağrılar başlayır. Bu isə "gərgədan" virusuna yoluxmanın göstəricisidir.

Ümumi olaraq isə xəstəliyin göstəriciləri bunlardır:

Burunun quruması və qıcıqlanması... Ən çox rast gəlinən və insanı narahat edən göstərici isə, boğaz ağrısı və boğazda yaranan qıcıqlanmalardır.

Bundan başqa, burunun axması, burunda dolğunluq, 2-3 gün ərzində artan tutqunluq və asqırma, başağrısı, üzdə və qulaqlarda yanmalar, boğuq səs və quru öskürək...