Gürcüstanın ilk qadın prezidenti and içib


Dünya 16 Dek 2018 16:10:00 240 0

Gürcüstanın ilk qadın prezidenti and içib

Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi keçirilib.

Son.az Report-a istinadən bildirir ki, Telavi şəhərində II İrakli sarayında keçirilən tədbirdə Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili, baş nazir Mamuka Baxtadze, parlament sədri İrakli Kobaxidze, hökumət üzvləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edib.

Andimçə mərasiminə təxminən 55 ölkənin yüksək səviyyəli 150-yə qədər nümayəndəsi qatılıb. Azərbaycanı tədbirdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

S.Zurabişvili prezident səlahiyyətlərini vicdanla yerinə yetirəcəyinə and içib: "Mən, xalqımın rifahı və təhlükəsizliyini müdafiə edəcəyəm, millətim və vətənimin dirçəlməsi və gücləndirilməsinin qayğısına qalacağam".

Dövlət başçısı məqsədinin Gürcüstanın Avropalı gələcəyinin dönməzliyinə nail olmaqdan ibarət olduğunu deyib: "Bizim əsas hədəfimizə heç nə mane ola bilməz".