Britaniyanın kral ailəsində qalmaqal böyüyür


Dünya 16 Dek 2018 14:32:00 241 0

Britaniyanın kral ailəsində qalmaqal böyüyür

Britaniyada şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton Milad bayramını Meqan Marklla birlikdə keçirməyəcək.

Son.az oxu.az-a istinadən xəbər verir ki, kral ailəsindən olan mənbə yerli mətbuata bildirib ki, cütlüklər arasında "normal münasibətlərin" qorunub-saxlanılmasına baxmayaraq, onlar indi birlikdə daha az vaxt keçirirlər.

Bundan əvvəl "The Sun" nəşri şahzadə qardaşlar arasında  ixtilafların yaşandığından xəbər vermişdi. Xəbərə əsasən, şahzadə Harri qardaşı Uilyamı Meqan Marklla münasibətlərini korlamağa çalışmaqda günahlandırıb.