İranlı nazir: Startaplara ilkin olaraq 2 milyon dollar ayrılacaq (ÖZƏL)


Digərləri 16 Dek 2018 14:28:04 224 0

İranlı nazir: Startaplara ilkin olaraq 2 milyon dollar ayrılacaq (ÖZƏL)

Dördtərəfli görüşdə əsas müzakirə mövzusu startapların iş və gəlirlərinin gücləndirilməsi konsorsiumunu yaratmaq idi.

Bakı. Elnur Bağışov - Dekabrın əvvəlində Bakıda Azərbaycan, İran, Rusiya və Türkiyə arasında İKT sahəsində regional əməkdaşlıq barədə dördtərəfli görüşdə əsas müzakirə mövzusu startapların iş və gəlirlərinin gücləndirilməsi konsorsiumunu yaratmaq olub. Konsorsiumun yaradılması məqsədilə 4 ölkə tərəfindən ilk olaraq 2 milyon dollar investisiya ayrılıb. Bunu Trend-ə özəl olaraq İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib. Onun sözlərinə görə, təxminən bir ildir ki, dörd ölkənin bazarlarında birgə şəkildə işləmək istiqamətində müzakirələr gedir: