Röya ilə "Fəlakət" barışdı


Şou-biznes 16 Dek 2018 14:18:00 489 0

Röya ilə "Fəlakət" barışdı

Əməkdar artist Röya Ayxanla "Fəlakət" obrazı ilə məşhurlaşan aktyor Elşən Orucov barışıb. 

Son.az axşam.az-a istinadən bildirir ki, onların birlikdə çəkdirdiyi şəkil İnstaqramda paylaşılıb. Elşən yerləşdirdiyi fotoya "Başqa nə var, nə yox" sözlərini yazıb.

Qeyd edək ki, bir vaxtlar yaxın dost olan Röya və Elşən uzun müddət küsülü idilər. Röya hətta aktyorun toyuna da getməyib.