Sabahdan hava şəraiti qeyrisabit keçəcək,


Digərləri 16 Dek 2018 13:22:00 250 0

Sabahdan hava şəraiti qeyrisabit keçəcək,

Dekabrın 17-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Son.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5°, gündüz 5-7° isti, Bakıda gecə 3-5°, gündüz 5-7° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu ndan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.