Pərviz Şahbazov: “Hasilatın azaldılması qərarı vaxtında qəbul edildi”


Digərləri 16 Dek 2018 11:37:00 263 0

Pərviz Şahbazov: “Hasilatın azaldılması qərarı vaxtında qəbul edildi”

Neft istehsalının azaldılması çox vaxtında qəbul olunmuş qərar idi. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov deyib.

"Ötən həftə Vyanada OPEC və OPEC+ ölkələrinin birgə iclası keçirildi və neft bazarına dair qərarlar qəbul olundu. Ümumilikdə iştirakçı ölkələr sutkalıq hasilatın 1,2 milyon barrel azaldılmasına qərar verdilər. Sözsüz ki, bu qərar çox vaxtında qəbul edilmiş qərar oldu. Heç şübhə yoxdur ki, bu qərar bazara müsbət təsir göstərəcək və bazarı balanslaşdıracaq. Neft bazarındakı mövcud ehtiyatlar azaldıqca "qara qızıl"ın qiyməti də artacaq. Sözsüz ki, bu da öz növbəsində neft sənayesinin inkişafına səbəb olacaq. Azərbaycan isə gündəlik neft hasilatının 20 min barrel azaldılması üzrə öhdəlik götürüb. Gələn ilin ilk 6 ayını nəzərdə tutan bu qərar çərçivəsində çalışacağıq ki, öhdəliyi yerinə yetirək", - deyə nazir bilirib.