AB də ayağa qalxdı:


Dünya 16 Dek 2018 11:09:00 298 0

AB də ayağa qalxdı:

Avropa Birliyi Türkiyəni Suriyanın kürdlərin nəzarətində olan Menbiç bölgəsində əməliyyatlara başlamamağa çağırır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini deyib. O bildirib ki, Türkiyə Avropa Birliyinin əhəmiyyətli ortağıdır:

"Türkiyə bölgədə çox önəmli rol oynayır. Biz Suriyada şiddətə son qoyulmasını, terrorizmin məğlub olmasını, bu ölkədə və bütün bölgədə sabitliyin əldə edilməsini istəyirik. Bu səbəbdən türkiyəli rəsmilərin koalisiyanın İŞİD-ə qarşı səylərini baltalaya bilən və ya Suriyada sabitliyi poza bilən hər cür birtərəfli qərardan geri çəkilməsini gözləyirik".