“Qızlar yazır, evlənmək təklif edirlər, mənsə deyirəm ki…”


Şou-biznes 16 Dek 2018 10:09:00 433 0

“Qızlar yazır, evlənmək təklif edirlər, mənsə deyirəm ki…”

Türkiyənin tanınmış aktyoru Burak Özçivitin azərbaycanlı oxşarı Sadiq Əsədov Teleqraf.com-a müsahibə verib.

Son.az həmin müsahibəni təqdim edir:

- Bir çoxları səni Burak Özçivitin oxşarı kimi tanıyır. İlk öncə özünü təqdim edərdin...

- Əsədov Sadiq Kamil oğlu. Çoxları yaşımı soruşur. 1996-cı ildə Bakıda anadan olmuşam. Əslən Zəngilandanam.

- Nə zaman bildin ki, Burak Özçivitin oxşarısan?

- İki il olar. Dostlarımla şəhərə çıxıram, biri yanımdan keçir, Burak, digəri Kamal deyir. Hətta "Kara sevda" deyənlər də olurdu. İlk əvvəllər dostlarım dedi ki, get "Kara sevda" adlı filmə bax. Mən də baxdım və gördüm ki, həqiqətən də oxşarlıq var. O vaxtdan sonra görünüşümdə çox şeyi dəyişmədim. Sadəcə bığlarımı bir az uzatdım.

- Bu bənzərliyin səni rahatsız edən tərəfləri varmı?

- Xeyr, heç bir narahat olacağım səbəb yoxdur. Əksinə mənə xoşdur. Şükürlər olsun ki, hər şey daha yaxşıdır.

- "Özünü niyə Buraka oxşadırsan" sualı ilə qarşılaşmısan?

- Əlbəttə. Sosial şəbəkədə çoxları bu sualı mənə yazır. Hətta öz dostlarım da mənə deyib. Deyirlər ki, özünə oxşa. Amma mən belə düşünmürəm. Burak necə mənə oxşaya bilər ki? Onun siması tanınmışdı. Onu hər kəs tanıyır. Məni o qədər də tanıyan yoxdur. Çünki mənim elə bir xidmətim olmayıb ki, hamı məni tanısın.

- Real həyatda Burakla görüşmək, tanış olmaq istəyin varmı?

- Ən azından tanışlığımın olmasını istəyərdim. Selfi də eləyərdim.

- Bakıya bir neçə dəfə gəlib. Görüşmək üçün cəhd etdinmi?

- Yox. İnsanların qınağından çəkinmişəm.