Salyanda ağır yol qəzası:


Digərləri 16 Dek 2018 09:36:00 241 0

Salyanda ağır yol qəzası:

Salyan rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Son.az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hundai" markalı avtomobil qarşıda gedən "Opel" markalı maşına arxadan çırpılıb. Nəticədə "Hundai"nin Masallı rayonundan olan 1979-cu il təvəllüdlü sürücüsü Yalçın Rəhimov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl İmişlidə yol qəzası zamanı sürücü xəsarət alıb.

Son.az