Bu gün Gürcüstanın yeni seçilmiş prezidenti and içəcək


Dünya 16 Dek 2018 09:04:00 203 0

Bu gün Gürcüstanın yeni seçilmiş prezidenti and içəcək

Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili bazar günü vəzifəsinin icrasına başlayacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni dövlət başçısının inauqurasiyası Telavi şəhərində olacaq. Mərasim dekabrın 16-da yerli vaxtla saat 15:00-da başlayacaq və təxminən 40 dəqiqə davam edəcək.

Telavi şəhəri Tbilisidən 105 kilometr məsafədə yerləşir. İnauqurasiya mərasimi buradakı qədim çar kompleksində - II İraklinin (1720-1798) iqamətgahında keçiriləcək. Bu, ölkədə qorunub saxlanılan yeganə çar sarayıdır.