İran MDB Dəmiryolları Birliyinə üzv oldu


Dünya 16 Dek 2018 07:55:00 219 0

İran MDB Dəmiryolları Birliyinə üzv oldu

İranın Dəmir Yolları Şirkəti MDB ölkələri dəmiryolları birliyinin üzvü olub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Dəmir Yolları Şirkətinin ticarət məsələləri üzrə direktor müavini Babək Əhmədi deyib.

Onun sözlərinə görə, sanksiyaların dəmir yolları sektoruna təsiri minimal həddədir: "Son sanksiyalarda ən stabil sahə dəmiryol sahəsi olub. Özəl şirkətlərin iştirakı ilə yaxşı proqramlar icra olunur".