İran İraqa gündəlik 45 milyon dollarlıq məhsul ixrac edir


Dünya 16 Dek 2018 07:41:00 215 0

İran İraqa gündəlik 45 milyon dollarlıq məhsul ixrac edir

İran gündəlik təxminən 45 milyon dollar dəyərində, bəzi hallarda 70 milyon dollara qədər məhsulu İraqa ixrac edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İran-İraq Birgə Ticarət Palatasının baş katibi Həmid Hüseyni deyib.

Onun sözlərinə görə, İraq şirkətləri neft-qaz sahələrində podratçı formasında əməkdaşlığa dəvət olunub. Buna əsasən İran şirkətləri İraq şirkətlərinin adı altında tenderlərdə iştirak edir və bu vasitə ilə iraqın neft-qaz, texniki və mühəndislik layihələrində iştirak edirlər.

Hüseyni əlavə edib: "İraq tenderlərdə podratçı layihələrin 20-30-ni yerli şirkətlərə verir. Bu şirkətlərin həmin layihələri icra etmək üçün lazımi potensialı yoxdur. İran şirkətləri onlarla əməkdaşlıq yolu ilə İraq layihələrinə daxil ola bilər.